Medianews.az
Neçə milyon manat problemli kredit var? -
160 baxış

Neçə milyon manat problemli kredit var? - Kredit və əmanət hesabatı yayıldı

Mərkəzi Bankın yeni hesabatına görə, 2026-cı il iyunun 1-nə Azərbaycanda 635,4 milyon manat problemli kredit rəsmiləşib.

Medianews.az xatırladır ki, 2015-ci ilə ölkədə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alınıb. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı il 1 milyard 508,5 milyon manat, 2017-ci il 1 milyard 472,6 milyon manat, 2018-ci il 1 milyard 626,7 milyon manat, 2019-cu il 1 milyard 585 milyon manatla başlayıb.

2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.

2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat, 2024-cü ilə 437,8 milyon manat, 2025-ci ilə 449,1 milyon manat, 2026-cı ilə 524,5 milyon manat göstərilib.

Mərkəzi Bank qeyd edir ki, 2026-cı il iyunun 1-nə 30,8 milyard manat kredit, 17,7 milyard manat əmanət qeydə alınıb.

Kreditlərin 23,3 milyard manatı Bakının payına düşüb. Başqa bölgələr üzrə statistika belədir: Abşeron-Xızı – 1,2 milyard manat, Gəncə-Daşkəsən – 952,1 milyon manat, Lənkəran-Astara – 726,3 milyon manat, Şəki-Zaqatala – 648,5 milyon manat, Mərkəzi Aran – 622,8 milyon manat, Qazax-Tovuz – 608,6 milyon manat, Qarabağ – 556,8 milyon manat, Quba-Xaçmaz – 537,4 milyon manat, Naxçıvan – 505 milyon manat, Şirvan-Salyan – 479 milyon manat, Mil-Muğan – 372,3 milyon manat, Dağlıq Şirvan – 218,2 milyon manat, Şərqi Zəngəzur – 32,7 milyon manat.

Əmanətlərin 15,6 milyard manatı Bakıda qoyulub. Qalan bölgələr belə sıralanır: Abşeron-Xızı – 681,5 milyon manat, Gəncə-Daşkəsən – 289 milyon manat, Quba-Xaçmaz – 171,8 milyon manat, Şəki-Zaqatala – 163,6 milyon manat, Lənkəran-Astara – 158,9 milyon manat, Mərkəzi Aran – 152,8 milyon manat, Qazax-Tovuz – 148,1 milyon manat, Qarabağ – 115,1 milyon manat, Naxçıvan – 104,8 milyon manat, Şirvan-Salyan – 86,4 milyon manat, Mil-Muğan – 56,6 milyon manat, Dağlıq Şirvan – 55,9 milyon manat, Şərqi Zəngəzur – 1,1 milyon manat.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun