Medianews.az
Nazirlikdən min manat iddialarına
75 baxış

Nazirlikdən min manat iddialarına reaksiya

"Sosial şəbəkədə guya "1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi" barədə paylaşılan videoməlumat yalandır".

Medianews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

"Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər.

Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və yönləndirilən linkə heç bir halda daxil olmayın", - qurumdan bildirilib.

Bizə qoşulun