Medianews.az
Nazir rəydə ona cavab vermişdi... -
70 baxış

Nazir rəydə ona cavab vermişdi... - Video

Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə müəllim haqqında yazılan məzmuna şərh yazması gündəm olmuşdu.

Medianews.az xəbər verir ki, İTV dərs demək üçün Bakıdan Xankəndiyə gedən müəllim Arzu Şükürova ilə yol yoldaşı olub.

Belə ki, Arzu Şükürova həftədə iki dəfə Xankəndiyə getmək üçün 400 kilometr yol qət edir, Qarabağ Universitetində dərsini bitirib eyni gündə də Bakıya qayıdır.

“Mənim əsas ixtisasım “Hüquqşünaslıq”dır. Həmişə pedaqoji fəaliyyətlə məşğul olmaq kimi məqsədim olub. 2024-cü ildən etibarən hansı ali təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəyimi araşdırdım. Cari ilin aprel ayında Qarabağ Universitetinin elan etdiyi vakansiyalarla qarşılaşdım. Müraciət etdim, müəyyən mərhələlər keçdikdən sonra qəbul aldım və sentyabr ayından çalışıram.

Tədris etdiyim fənn “Əmək hüququ”dur. Bu fənni 3-cü kurs tələbələrinə tədris edirəm. Fiziki yorğunluq olur, amma mən buna mənəvi borcun yerinə yetirilməsi kimi baxdıqda, yorğunluqdan əsər-əlamət qalmır”, - Arzu Şükürova bildirib.

Arzunun “Qarabağ arzusu” hələ 2016-cı ildən başlayıb. Belə ki, o, həmin ildə sosial hesabında belə bir paylaşım edib: “Qarabağ alınsaydı, 4 illik Hüquq oxumaq əziyyətimə baxmayaraq, həmişə arzuladığım Memarlıq ixtisasına daxil olub, gedib Şuşada ən müasir, ən yaraşıqlı binalar tikərdim”.

Arzunu populyar edən daha bir məqam isə elm və təhsil naziri Emin Əmrullayevin sözügedən şərhi olub. Çünki müəllimin Xankəndidə evlə təminatı məsələsi hələ də müzakirə predmetidir:

“Xankəndidə qalmaq üçün universitet tərəfindən mənə kifayət qədər şərait yaradılıb, mənzillə təmin olunmuşam. Mənim əlavə işlərim olduğuna görə geri qayıtmalı oluram, Xankəndidə yaşamıram”.

Ətraflı videomaterialda:

Bizə qoşulun