Nazilə Səfərli tıxacda dava edib.
Buna səbəb onun sükan arxasında yüksək səslə musiqi dinləyən sürücünü danlaması olub.
"Musiqinin səsini aşağı elə. Təzə almısan? Təzə alana oxşayırsan. Bu, ictimai asayişdir. O səsdən bizdə də var. Özünü kimə göstərirsən? Ehtiyac duyursan?" - deyə şairə sürücüyə ictimai asayişi pozduğunu xatırladıb.
Nazilə Səfərli bu barədə sosial media hesabında paylaşım edib.
"Şəhərdə yüksək səslə maşın idarə edənlərin pəncərəsi bağlı olmalıdır.
Bu ölkə hamımızındır. Qanun da hamı üçün eyni olmalıdır!" - deyə o paylaşımında bildirib./milli.az/