Medianews.az
Mourinyo "Real"dan iki ulduzun transferini
77 baxış

Mourinyo "Real"dan iki ulduzun transferini tələb etdi

"Real Madrid"də Joze Mourinyo dövrü yenidən başladığı irəli sürülür.

Medianews.az metbuat.az-a istinadla xəbər verir ki, klub prezidenti Florentino Peres portuqaliyalı mütəxəssislə 3 illik müqavilə şərtlərində tam razılığa gəlib. İddialara görə, klub rəhbərliyi komandada nizam-intizamı bərpa etmək üçün Mourinyonu doğru namizəd hesab edir. Mourinyonun qayıdışı ilə bağlı rəsmi elanın mövsüm bitdikdən dərhal sonra veriləcəyi gözlənilir. Təcrübəli məşqçi işə başlamazdan əvvəl rəhbərlik qarşısında ciddi transfer tələbləri qoyub. Onun siyahısında ilk sırada "Mançester Siti"nin ulduzları Rodri və Yoşko Qvardiol yer alır. Mourinyo orta xətti Rodri ilə gücləndirməyi, müdafiəni isə Qvardiolun ətrafında qurmağı planlaşdırır.

Florentino Peresin bu iki transfer üçün 300 milyon avro civarında büdcə ayırmağa hazır olduğu bildirilir. Artıq Madrid klubunun bazasında yeni mövsümün planlamasına başlanılıb. Azarkeşlər Mourinyonun qayıdışını böyük coşqu ilə qarşılayıblar.

Bizə qoşulun