Medianews.az
Makronun arvadı azərbaycanlı məşhur əmioğluları üz-üzə qoydu –
83 baxış

Makronun arvadı azərbaycanlı məşhur əmioğluları üz-üzə qoydu – İttiham

REAL Partiyasının sədri Natiq Cəfərli ilə siyasi şərhçi Şahin Cəfərli arasında sosial şəbəkədə maraqlı müzakirə yaşanıb.

Medianews.az Globalinfo.az-a istinadla xəbər verir ki, buna səbəb Natiq Cəfərlinin Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronla bağlı paylaşımı olub.

Belə ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Bricit Makronun bir müddət əvvəl təyyarədə Emmanuel Makronu şillələməsinin səbəbinin iranlı aktrisanın prezidentə yazdığı mesaj olduğu bildirilib. Natiq Cəfərli də bu mövzu ilə bağlı məzəli paylaşım edib.

“Makronun həyat yoldaşı ona yağlı qapaz vurmuşdu ha, yəqin xatırlayırsınız, Fransalı jurnalistlər məsələnin kökünü, səbəbini tapıblar – sən demə, Brijit xanım Emmanuel Macronunun telefonunu qurdalıyıb, görüb ki, fotoda olan xanımla, 1983-cü il Tehranda doğulmuş, sonra ailəsi ilə Fransaya köçmüş Gülşiftə Fərəxani adlı aktirasa ilə yazışıb. Yazışmanın məzmunu oxuyanda (gör nələr olub da) Brijit xanımın beyni çönüb, Makronu vurub…”, – paylaşımda deyilir.

Bundan sonra Şahin Cəfərli onun paylaşımına münasibət bildirərək yazıb:

“Bəy, razılaş ki, arada siyasi partiya lideri olduğunu unudursan”.

Natiq Cəfərli isə əmisi oğluna sərt cavab verib. Bildirib ki, bu zamana qədər ciddi mövzularda yazdığı yazılarda niyəsə Şahin Cəfərlinin rəyini görməyib.

“Söz soxmağa qalanda, onu mən bacaranda sən məktəbdə oxuyurdun, mən isə KVN oynayırdım artıq. Oldumu?”, – o yazıb.

Daha sonra Natiq Cəfərli paylaşımının siyasi deyil, yumor məqsədli olduğunu vurğulayıb:

“Bu siyasi mövzuya yumorlu münasibətdi, bəli, siyasi mövzuya, bu Fransanın uğuru, fransız jurnalistlərinin əməyidir, söz azadlığının nümunəsidir. Nə vaxtdır, 45 dərəcə baxmadan kənara çıxmağı öyrənəcəksiz? Nə zaman olacaq bu?”

Xatırladaq ki, Natiq Cəfərli ilə Şahin Cəfərli əmioğludurlar. Onlar əslən Borçalı mahalındandırlar.

Bizə qoşulun