Türkiyənin Adana şəhərində təcili yardım maşınının açarı itdiyinə görə xəstəxanaya aparıla bilməyən xəstə dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, Adananın Yüreğir rayonunda səhər saatlarında baş verən hadisədə ürək tutması keçirmiş xəstəyə yardım etməyə gələn təcili tibbi yardım qrupu problem yaşayıb.
Xəstəyə evdə ilkin müdaxilə göstərildikdən sonra ambulansa yerləşdirilərkən açar itib və əməkdaşlar bunu dərhal fərq etməyib. Açar tapılmadığı üçün ikinci ambulans çağırılıb, lakin xəstə xəstəxanaya çatdırıldıqda həyatını itirib. /Manset.az