Medianews.az
Xədicə Qurbanzadə U-17 Avropa çempionatında
77 baxış

Xədicə Qurbanzadə U-17 Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında gümüş medal qazanıb.

Medianews.az "Yeni Sabah"a istinadla xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda ukraynalı Olena Kolubaya 0:10 hesabıyla uduzaraq fəxri küsünün ikinci pilləsini tutub.

Qeyd edək ki, qitə birinciliyinə mayın 17-də yekun vurulacaq. 

Bizə qoşulun