Medianews.az
Arda Gülərin bu addımı gündəm oldu -
59 baxış

Arda Gülərin bu addımı gündəm oldu - gizli mesaj

Real Madridin gənc ulduzu Arda Güler bu dəfə performansı ilə deyil, geyindiyi forma ilə gündəmə gəlib

Medianews.az xəbər verir ki, türkiyəli futbolçu klubun aprel ayının ən yaxşı oyunçusu seçildiyi mükafatlandırma mərasimində adətən istifadə etdiyi “15” deyil, “14” nömrəli məşq formasında görüntülənib.

Bu detal İspaniya mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi azarkeşlər Arda Gülərin bu addımla komanda yoldaşı Aurélien Tchouaméniyə dəstək mesajı verdiyini iddia ediblər. Çünki “14” nömrəsi məhz ona məxsusdur.

Son günlər “Real Madrid” düşərgəsində Çouameni ilə Federico Valverde arasında yaşandığı iddia edilən gərginlik İspaniya mətbuatının əsas mövzularından birinə çevrilib. Bu səbəbdən Ardanın forma seçimi xüsusi diqqət çəkib.

Digər tərəfdən, bəzi azarkeşlər isə “14” nömrəsinin klubun keçmiş ulduzu və hazırda məşqçi kimi fəaliyyət göstərən Xabi Alonso ilə əlaqəli ola biləcəyini bildiriblər. Bir qrup isə futbolçuların məşqlərdə fərqli nömrəli formalar geyinməsinin adi hal olduğunu və burada xüsusi mesaj axtarmağın düzgün olmadığını qeyd edib.

21 yaşlı Arda Gülər bu mövsüm “Real Madrid” forması ilə 50 oyunda meydana çıxaraq 6 qol vurub, 14 məhsuldar ötürmə edib. Gənc futbolçu son olaraq “Bayern Münhen”lə oyundakı çıxışı ilə diqqət çəksə də, daha sonra aldığı zədə səbəbindən mövsümü erkən başa vurub.

Bizə qoşulun