Medianews.az
Mirzoyan Paşinyanın qulağına Türkiyə ilə bağlı GÖRÜN NƏLƏR DEDİ... -
81 baxış

Mirzoyan Paşinyanın qulağına Türkiyə ilə bağlı GÖRÜN NƏLƏR DEDİ... - Gizli danışıq canlı efirə düşdü - VİDEO

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın baş nazir Nikol Paşinyanın qulağına pıçıldadığı sözlər canlı yayım zamanı mikrofona düşüb.

Medianews.az xəbər verir ki, nazirin Paşinyana dediyi sözlər açıq qalan mikrofon vasitəsilə aydın eşidilib.

Mirzoyan baş nazir tərəf əyilərək: "Türklər bu gün açırlar. Bir "xoş gəldin" mətni, XİN mətbuat katibi adından isə şərh hazırlayaq", - deyə bildirib.

Lakin səs yazısından söhbətin konkret olaraq hansı "açılış"dan getdiyini müəyyən etmək mümkün olmayıb.

Hadisə hakim "Mülki Müqavilə" partiyasının İrəvanın rayonlarından birində keçirdiyi seçkiqabağı kampaniya zamanı baş verib. Görüntülərdə Paşinyanın sinəsindəki mikrofonu əli ilə bağlamağa çalışdığı və nazirə ehtiyatlı olması barədə işarə etdiyi görünür. Lakin bu cəhdlərə baxmayaraq, tərəflər arasındakı dialoq medianın diqqətindən qaçmayıb və ölkədə geniş müzakirələrə səbəb olub.

Ekspertlər bu pıçıldaşmanı Ermənistan-Türkiyə münasibətlərindəki pərdəarxası proseslərin növbəti sübutu kimi qiymətləndirirlər. Hazırda rəsmi dairələrdən mövzu ilə bağlı əlavə açıqlama gözlənilir./musavat.com/

Bizə qoşulun