Medianews.az
Messinin bu görüntüləri gündəm oldu -
417 baxış

Messinin bu görüntüləri gündəm oldu - belə səcdə edir - FOTO

Məşhur futbolçu Lionel Messi Hindistana səfəri çərçivəsində nəhəng vəhşi təbiətin xilas edilməsi, reabilitasiyası və mühafizəsi mərkəzi olan Vantaranı ziyarət edib.

Medianews.az  xəbər verir ki, “İnter Mayami”dən komanda yoldaşları Luis Suares və Rodriqo De Paulun müşayiəti ilə Messi yerli adət-ənənələrə uyğun olaraq qarşılanıb: canlı xalq musiqisi, gül dəstəsi və arati atəşi ritualı.

Messi və komanda yoldaşları yerli məbədə də baş çəkib, orada meymun üzlü və meymun quyruqlu tanrı Hanumana dua ediblər.

Sözügedən görüntülər sosial mediada yayılıb. Yayılan görüntüər geniş müzakirələrə yol açıb. 

Həmin görüntüləri təqdim edirik.

Medianews.az

Bizə qoşulun