Medianews.az
Məşhur futbolçu karyerasını yekunlaşdırdı
91 baxış

Məşhur futbolçu karyerasını yekunlaşdırdı

“Yuventus” və “Barselona”nın sabiq yarımmüdafiəçisi Miralem Pyaniç peşəkar karyerasını başa vurduğunu elan edib.

“Qafqazinfo” xəbər verir ki, “Tuttosport” nəşrinə açıqlama verən bosniyalı futbolçu artıq yaşıl meydanlara vida etdiyini bildirib.

“Artıq oynamayacağam, karyeramı bitirdim. İndi Dubayda yaşayıram və artıq futbolçu deyil, övladımın atasıyam. Hazırda mənim üçün prioritet ailəmdir”, – deyə o söyləyib.

Xatırladaq ki, M. Pyaniç karyerası ərzində “Roma”, “Yuventus” və “Barselona” kimi nəhəng klubların formasını geyinib. O, həmçinin 2021/2022 mövsümündə icarə əsasında Türkiyənin “Beşiktaş” klubunda çıxış edib. Təcrübəli yarımmüdafiəçinin son klubu BƏƏ-nin “Şarja” komandası olub.

Bizə qoşulun