Medianews.az
Məşhur çimərliyə silahlı hücum: çox sayda ölən var -
90 baxış

Məşhur çimərliyə silahlı hücum: çox sayda ölən var - ŞOK VİDEO

Avstraliyanın Sidney şəhərində yerləşən məşhur Bondi-Biç çimərliyində silahlı insident baş verib.

Musavat.com xəbər verir ki, ilkin məlumata görə, naməlum şəxs və ya şəxslər insanların sıx olduğu ərazidə odlu silahdan atəş açıb.

Hadisə nəticəsində çimərlikdə istirahət edən insanlar arasında panika yaranıb, ərazi qısa müddətdə boşaldılıb. Şahidlərin bildirdiyinə görə, atəş səslərindən sonra insanlar canlarını qurtarmaq üçün dəniz istiqamətinə və yaxınlıqdakı obyektlərə qaçmağa başlayıblar.

Atışma nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar da var.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Hüquq-mühafizə orqanları çimərliyi mühasirəyə alaraq təhlükəsizlik tədbirlərini gücləndirib. Polis ərazidə axtarış əməliyyatına başlayıb, şübhəli şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Avstraliya polisi hadisə ilə bağlı istintaqa başladığını, ictimaiyyət üçün təhlükənin tam aradan qaldırılması məqsədilə əməliyyatların davam etdiyini bildirib.

Sidneydə və xüsusilə Bondi-Biç kimi turistik ərazilərdə bu tip hadisələrin nadir hallarda baş verdiyi qeyd olunur. Yerli hakimiyyət orqanları sakinləri və turistləri polis göstərişlərinə əməl etməyə və hadisə yerindən uzaq durmağa çağırıb.

Hadisənin motivləri, atəş açan şəxslərin kimliyi və insidentin mümkün terror və ya kriminal xarakter daşıyıb-daşımadığı hələlik açıqlanmır.

Bizə qoşulun