Almaniya hökuməti Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Almaniya kansleri Fridrix Merts və ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilməsini istəyib.
Medianews.az verir ki, bu barədə "Bild" qəzeti yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.
Nəşr yazır ki, amerikalılar (Tramp 300 nəfərlik nümayəndə heyəti ilə gəlir) da görüşə maraqlarını bildiriblər. Lakin vaxt və yer hələ müəyyən edilməyib.
Medianews.az