“Ukrayna Prezidenti Vladimir Zelenski bütün Rusiyanın məhv edilməsini istəyir”.
Medianews.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O yazıb ki, "hər kəsə aydındır ki, o, yalnız bir nəfərin deyil, hamımızın və ölkəmizin ölümünü istəyir".
Medvedevin sözlərinə görə, Zelenski Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya kütləvi hücumlar etmək əmri verib.
Medianews.az