Niderlandlı futbolçu Mats Qrotenbreq suda baş verən bədbəxt hadisə nəticəsində 28 yaşında faciəli şəkildə həyatını itirib.
Bu barədə məlumatı ESPN telekanalı yayıb.
İdmançının ölümü Niderlandın Limburq əyalətində yerləşən "Mukerplas" istirahət zonasındakı hadisə zamanı baş verib.
Məlumata görə, futbolçu çimərkən qayıqla toqquşma nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Qrotenbreq 2023-cü ildə həvəskar "Herkules" klubunun heyətində Niderland Kuboku matçında "Ayaks"a qarşı əlavə vaxtda vurduğu qələbə qolu ilə geniş tanınmışdı. Həmin oyun 3:2 hesabı ilə başa çatmış və Amsterdam təmsilçisi turnirlə vidalaşmışdı.
Futbolçu karyerası ərzində PSV və "Vitess" klublarının gənclər akademiyalarında yetişib, daha sonra "TOP Oss" komandasında çıxış edib.//Milli.Az