Medianews.az
Mal-qaranı vuran avtomobil aşdı -
119 baxış

Mal-qaranı vuran avtomobil aşdı - Yaralılar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndi ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil qarşısına çıxan iki baş mal-qaranı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. \ Unikal

Bizə qoşulun