"Liverpul" Məhəmməd Salah üçün əvəzedici axtarışını davam etdirir.
Publika.az xəbər verir ki, İngiltərə nəhəngi uyğun namizədi PSJ-də tapıb. Bu barədə "Caught Offside" məlumat yayıb.
Misirli hücumçunun yerini doldura biləcək ən real variant parislilərin vingeri Bredli Barkoladır.
Salah klub rəhbərliyi və baş məşqçi Arne Slotla yaşadığı ziddiyyət fonunda onu hörmətsizlikdə günahlandırıb.
23 yaşlı Barkola 2023-cü ildən PSJ-də çıxış edir. Mövsümün indiyədək olan hissəsində fransız futbolçu klub səviyyəsində 25 oyuna çıxaraq 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. "Transfermarkt" Barkolanın bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.