Medianews.az
Lənkəranda iki maşın toqquşdu -
72 baxış

Lənkəranda iki maşın toqquşdu - Yaralılar var

Lənkəranda ağır qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən axşam rayonun mərkəzi ərazisində,  Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfə xəsarət alıb.

Qəzada “Mercedes” markalı nəqliyyat vasitəsində Sabirabad rayon sakinləri, 2005-ci il təvəllüdlü Allahverdi Ehtibar oğlu Oruczadə, 2005-ci il təvəllüdlü Emil Vüqar oğlu Əliyev olub.  

“Opel" markalı minik avtomobilində isə sürücü, Göyşaban kənd sakini 2000-ci il təvəllüdlü Hikmət Rasim oğlu Davudzadə,  Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Səbuhi Möhübbət oğlu Həmidli olub.

Qəzada onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya ediliblər. Vəziyyəti ağır olan A.Oruczadə reanimasiya şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun