Medianews.az
İrandakı vəziyyətə görə Fransada parad
63 baxış

İrandakı vəziyyətə görə Fransada parad ləğv edildi

Fransa Hərbi Dəniz Qüvvələrinin 400 illiyini qeyd etmək üçün Marseldə planlaşdırılan dəniz paradı ləğv edilib.

Medianews.az "Yeni Sabah"-a istinadla  xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələri Nazirliyi məlumat verib.

“Dəniz Qüvvələrinin hazırkı əməliyyat tapşırıqlarını və onların prioritetini nəzərə alaraq, Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi 8 may tarixində Marsel limanında planlaşdırılan dəniz qabiliyyətləri nümayişini ləğv etmək qərarına gəlib", - deyə bildirilib.

Gəmilərin əksəriyyətinin, o cümlədən "Şarl de Qoll" aviadaşıyıcısının İsrailin Livandakı hərbi əməliyyatı və ABŞ-İsrail müharibəsi ilə bağlı missiyalarda iştirak etdiyi vurğulanıb.

Bizə qoşulun