Sabiq Baş nazir Artur Rasizadənin arxiv fotosu yayılıb.
Medianews.az "Yeni Sabah"-a istinadla xəbər verir ki, sosial şəbəkədə paylaşılan fotonun 1975-ci ildə fotoqraf Viktor Kalinin tərəfindən çəkildiyi qeyd olunub.
Sabiq nazirin gənclik illərini əks edən foto böyük maraqla qarşılanıb.
Qeyd edək ki, 91 yaşlı Artur Rasizadə 2003-2018-ci illərdə Azərbaycanın baş naziri kimi fəaliyyət göstərib.
