Medianews.az
Kubinkada evləri sakinlərin başına uçururlar -
69 baxış

Kubinkada evləri sakinlərin başına uçururlar - GÖRÜNTÜLƏR

Bu görüntülər Bakının Nəsimi rayonunda, “Kubinka” adlanan ərazidə, Balabala Məcidov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində çəkilib.

Sakinlərin sözlərinə görə “Vialon” tikinti şirkəti içərisində yaşayış ola-ola sakinlərin evlərini başlarına uçurur. Kompensasiya verilməməsi səbəbindən sakinlər evlərini tərk etməyib. Şirkət isə əraziyə buldozerlər cəlb edərək, evləri sökür və sakinlərin köçməsi üçün onlara təzyiqlər edir. Söküntü zamanı sakinlərdən biri xəsarət alıb.
Medianews.az  hadisəylə bağlı “Vialon” MMC-ilə əlaqə saxlamağa çalışsaq da, şirkətdən zənglərə cavab vermədilər:

Bizə qoşulun