Medianews.az
Kubada müəmmalı virus yayılıb
146 baxış

Kubada müəmmalı virus yayılıb

Kubada səbəbi hələ də dəqiqləşdirilməyən və "müəmmalı virus" adlandırılan yoluxucu xəstəlik sürətlə yayılır.

BAKU.WS xəbər verir ki, xarici mənbələr epidemiyanın ölkə əhalisinin təxminən üçdə birini əhatə etdiyini bildirir.

Artan yoluxma hallarına görə xəstəxanalarda yer çatışmazlığı yaranıb, bəzi bölgələrdə xəstələrə yerdə tibbi yardım göstərilir. Rəsmi məlumatlara əsasən, virus səbəbindən azı 52 nəfər ölüb, onlardan çoxu uşaqlardır. Hazırda on minlərlə şübhəli yoluxma halı qeydə alınıb.

Mütəxəssislər xəstəliyin bir neçə virusun eyni vaxtda yayılması ilə bağlı ola biləcəyini istisna etmirlər. Mövcud vəziyyət beynəlxalq narahatlığa da səbəb olub, bir sıra ölkələr Kubaya səfərlə bağlı xəbərdarlıqlar yayıb.

Bizə qoşulun