Medianews.az
Kriştianu Ronaldu
62 baxış

Kriştianu Ronaldu zədələndi

"Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunun "Əl-Fayha"ya qarşı səfər oyununda zədələnib.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, 81-ci dəqiqədə Ronaldu axsayaraq meydanı tərk edib, ehtiyat oyunçular skamyasında isə onun dizaltı vətər nahiyəsinə buz qoyulub.

Görüşün əvvəlində futbolçu penaltini reallaşdıra bilməyib.

Qeyd edək ki, 41 yaşlı forvard 21 qolla Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı bombardirləri siyahısında üçüncü yerdədir.

Bizə qoşulun