İsrailin zərbələri nəticəsiondə həlak olmuş ali lider Əli Xameneinin xələfi seçilənə qədər İranın ali liderinin vəzifələrini Rəhbərlik Şurası icra edəcək.
Oxu.Az "Al Alam" telekanalına istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bəyan edib.
O, həmçinin qısa zaman ərzində İranın yeni rəhbərinin seçiləcəyini də bildirib.
Daha əvvəl "IRNA" agentliyi məlumat vermişdi ki, ali lider Əli Xameneinin ölümündən sonra İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiyanın Müdafiəsi Şurasının üzvlərindən biri respublikaya müvəqqəti rəhbərlik edəcəklər.