Könül Kərimova sosial şəbəkədə yeni fotosunu izləyicilərinin ixtiyarına verib.
"Yeni Sabah" xəbər verir ki, müğənninin xeyli arıqlaması hamının diqqətini özünə çəkib.
Əməkdar artist görüntüsünün altına “Bu gözəl çəkiyə görə…” sözlərini yazaraq, onu arıqlama prosesində müşayiət edən həkiminə xüsusi təşəkkür edib.
Könül Kərimova artıq çəkidən qurtulmasını sağlam qidalanma rejimi və nizamlı həyat tərzi ilə əlaqələndirib. Onun sözlərinə görə, uzun müddətdir davam etdirdiyi proqram həm sağlamlığını yaxşılaşdırıb, həm də səhnə fəaliyyətinə daha enerjili davam etməsinə imkan yaradıb.
Xatırladaq ki, müğənni bir müddət əvvəl 13 kiloqram çəki itirdiyini, həmçinin hədəfinə tam çatmaq üçün əlavə olaraq daha 5 kiloqram arıqlamağı planlaşdırdığını söyləmişdi.

