Türkiyəli aktyor Barış Kılıç “Kızılcık Şerbeti” serialının prodüseri Faruk Turgut barədə yayılan iddialara münasibət bildirib.
Aktyor açıqlamasında 4 ildir birlikdə çalışdığı prodüseri yaxından tanıdığını deyərək, onun haqqında səsləndirilən ittihamlarla razılaşmadığını vurğulayıb.
Barış Kılıç bildirib ki, Faruk Turgut çəkiliş komandası ilə hər zaman ədalətli və qayğıkeş münasibət qurub, çətin şəraitlərdə belə ekipə dəstək olub. O, prodüserin sənayenin bir çox insanına iş imkanı yaratdığını və peşəkarlığı ilə seçildiyini qeyd edib.
Aktyor həmçinin onun əsas məqsədinin keyfiyyətli layihələr hazırlamaq olduğunu bildirib və haqqında səslənən iddiaları “ədalətsiz” adlandırıb.
Açıqlama serial ətrafında yaranan müzakirələr fonunda sosial şəbəkələrdə geniş yayılıb.Demokrat.az
30.06.2026, 06:54
214
baxış
Zara Editor