Medianews.az
Keçmiş nazir müavininin meyiti tapıldı:
109 baxış

Keçmiş nazir müavininin meyiti tapıldı: arvadı günahkar bilinir

usiyanın keçmiş əmək nazirinin müavini Aleksey Sklyarın cəsədi Yeni Moskvada tapılıb. İlkin məlumata görə, o, intihar edib.

Modern.az xəbər verir ki, TASS Agentliyinnin məlumatına görə, Sklyar 15 yanvar səhəri Filimonkovskoye qəsəbəsindəki şəxsi evində ölü tapılıb.

Məlumata görə, keçmiş məmur ölümündən əvvəl Telegram kanalında vida mesajı yazıb və orada həyat yoldaşının "hər şeydə günahkar olduğunu" bildirib.

Hadisə yerinə gələn təcili yardım xidməti əməkdaşlarının cəsədin yanında tapança tapdığı bildirilib.

Aleksey Sklyarın dul qalmış arvadı YuliyaSklyar jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib, o, "ciddi emosional stress vəziyyətində olduğunu ısas gətiribdir".

Ailəyə yaxın mənbələr Telegram kanalına bildiriblər ki, cütlük "son bir neçə ildə qısqanclıq üzündən münaqişələr və mübahisələr yaşayıb". Sklyarın 50 yaşı var idi. O, 2018-ci ildən 2022-ci ilə qədər Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemləri və elektron dövlət xidmətlərinin göstərilməsi ilə bağlı məsələlərə nəzarət edib.
Baş nazir Mixail Mişustinin sərəncamında onun könüllü istefa verdiyi bildirilirdi.

Bizə qoşulun