Medianews.az
İsrail SEPAH-ın nüfuzlu şəxsini
61 baxış

İsrail SEPAH-ın nüfuzlu şəxsini öldürdü

İsrail ordusu Livanda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat Livanın Nəbatiyə bölgəsində həyata keçirilib. Bildirilir ki, əməliyyat İsrail ordusu və Şin Bet (İsrailin daxili təhlükəsizlik xidməti) tərəfindən birgə icra olunub.

Rəsmi açıqlamada qeyd olunur ki, zərərsizləşdirilən şəxs Hüseyn Mahmud Marşad əl-Coharidir. O, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun əsas döyüşçülərindən biri olub və son illər İsrailə qarşı Suriya–Livan istiqamətində planların hazırlanması və irəli aparılmasında fəal iştirak edib.

İsrail ordusunun məlumatına görə, əl-Cohari SEPAH-ın xarici əməliyyatlara cavabdeh olan Qüds Qüvvələrinin “840-cı bölməsi”nin tərkibində fəaliyyət göstərib. Bu bölmə İranın xaricdə diversiya və hücum planlarının planlaşdırılması və koordinasiyası ilə məşğul olur.

Hadisə ilə bağlı Livan və İran tərəflərindən hələlik rəsmi açıqlama verilməyib.

Bizə qoşulun