Medianews.az
İşə qəbul edilən zaman sosial şəbəkə hesablarına baxmaq
70 baxış

İşə qəbul edilən zaman sosial şəbəkə hesablarına baxmaq qanunidir?

Bir çox qurumların işəqəbul şərtləri də fərqlidir.

Həmin fərqliliklər isə mübahisəli məqamlar yarada bilir.

Məsələn, onlardan biri də işə qəbul olunan zaman sosial şəbəkə profillərinin araşdırılmasıdır.

Maraqlıdır, işə qəbul edilən zaman sosial şəbəkə profillərinin araşdırılması doğrudurmu?

Medianews.az bildirir ki, bu barədə Gununsesi.info -ya hüquqşünas Rəşad Səfər danışıb.

O bildirib ki, işəgötürənin namizəd haqqında əlavə məlumat toplamaq istəyi başa düşüləndir. Bu, risklərin azaldılması və uyğunluğun yoxlanması məqsədi daşıyır. Amma bu proses hüquqla məhdudlaşdırılıb:

“İşəgötürənin sosial şəbəkə profilinə baxması qanuni ola bilər, əgər profil açıqdırsa (yəni hamı üçün əlçatandır), toplanan məlumatlar işlə əlaqəlidirsə, namizədin şəxsi həyatına həddən artıq müdaxilə olunmursa(Məsələn, peşəkar davranış, ictimai çıxışlar, açıq şəkildə paylaşılan etik pozuntular). Ancaq gizli profillərə müdaxilə (fake hesab, başqasının hesabı ilə baxmaq və s.), namizədin dini baxışlarına, siyasi mövqeyinə, şəxsi həyatına görə qərar vermək artıq diskriminasiya və şəxsi məlumatların pozuntusu sayılır”,- deyə o, həmçinin qeyd edib.

Bizə qoşulun