Medianews.az
İranda öldürülənlərlə bağlı
62 baxış

İranda öldürülənlərlə bağlı ŞOK RƏQƏMLƏR

İranda etirazlar zamanı 6872 nəfərin öldüyü təsdiqlənib.

Musavat.com bildirir ki, bu barədə ABŞ‑də yerləşən insan hüquqları monitorinq təşkilatı HRANA açıqlayıb.

Məlumatda qeyd olunub ki, əlavə olaraq 11 280 hal hələ araşdırılır. Eyni mənbə 50 000‑dən çox insanın həbs olunduğunu bildirir.

Bəzi beynəlxalq media mənbələri də hesabatlara əsaslanaraq ölüm sayının minlərlə nəfər olduğu və hələ də araşdırıldığı barədə yazır. Məsələn, “Iran’s killing of protesters reached level rarely seen” adlı hesabatda hüquq müdafiəçilərinin məlumatına görə, bu rəqəmin 6800‑dən çox ola biləcəyi bildirilir.

İran hökuməti tərəfindən açıqlanan ölü sayı isə 3117 nəfərdir. Bu rəqəmlər “Martyr’s Foundation” (Şəhidlər Fondunun) məlumatına əsaslanır.

Bizə qoşulun