Medianews.az
İran Ali Məhkəməsinin sədri: “Heç bir güzəşt olmayacaq”
579 baxış

İran Ali Məhkəməsinin sədri: “Heç bir güzəşt olmayacaq”

İran İslam Respublikasının məhkəmə hakimiyyətinin rəhbəri ölkədə keçirilən etiraz aksiyalarının iştirakçılarını sərt cəzalarla hədələyib.

Medianews.az-ın məlumatına görə, Ali Məhkəmənin sədri Möhsün-Ejeyi bildirib ki, cəzalandırma “qətiyyətlə, maksimum səviyyədə və heç bir güzəşt olmadan” həyata keçiriləcək.

Bundan az əvvəl ölkənin ali lideri Xamenei etirazları pisləmiş, etirazçıları iğtişaşçılar, ölkəyə zərər verən insanlar adlandırmışdı.

Medianews.az

Bizə qoşulun