Medianews.az
"İnstagram"da söyüş söyən
64 baxış

"İnstagram"da söyüş söyən 3 nəfər TUTULDU

"İnstagram"da nalayiq ifadələr işlədənlər həbs olunub.

Medianews.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, 29 yaşlı Lənkəran rayon sakini İnstagram sosial şəbəkəsindəki "seyidemir_" hesabı ilə qeyri-etik ifadələr işlədib. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs törətdiyi əməli etiraf edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.

Bundan başqa, 46 yaşlı şəxs də sosial şəbəkədə internet informasiya ehtiyatlarında qadağan edilən informasiyaların yayılmasına yol verib və ictimai yerdə nalayiq ifadələr işlədib. Buna görə də onun barəsində həm 388-1.1.1-ci, həm də 510.2-ci maddələrlə protokollar tərtib olunub.

Həmçinin 29 yaşlı Sabirabad rayon sakini də tiktok sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub. Onun sözlərinə görə, özünün hazırladığı videoçarxı başqası götürərək paylaşıb. həmin paylaşımın rəy bölümündə isə onun mərhum ailə üzvünü təhqir ediblər. Buna görə o da əsəbiləşərək nalayiq ifadə işlədib.

Məhkəmənin qərarı ilə 29 yaşlı kişi 15 gün, 46 yaşlı şəxs 1 ay, sonuncu isə 10 gün müddətinə həbs ediliblər.

Bizə qoşulun