Medianews.az
Qopan barmaq mikrocərrahi üsulla
107 baxış

Qopan barmaq mikrocərrahi üsulla yerinə tikildi - FOTO

25 yaşlı Adem Kulakın motosiklet qəzası nəticəsində sərçə barmağı qopub. Onun barmağı həkimlərin vaxtında müdaxiləsi sayəsində mikrocərrahi üsulla yenidən yerinə tikilib.

Medianews.az xəbər verir ki, hadisə İstanbulun Bahçelievlər rayonunda baş verib.

Qəza düzgün park edilməmiş avtomobilin qapısının qəfil açılması səbəbindən baş verib. Zərbə nəticəsində yerə yıxılan gəncin serçe barmağı qopub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal əməliyyata alınıb.

Əməliyyatı həyata keçirən əl cərrahı Kadir Uzel bildirib ki, qopan üzvlərdə ilk 6 saat həlledici əhəmiyyət daşıyır: “Xəstə bizə vaxtında müraciət etdi. Mikrocerrahi üsulla barmaq yerinə tikildi. Hazırda qan dövranı normaldır”.

Həkimin sözlərinə görə, xəstənin qəza sonrası iki saat ərzində xəstəxanaya çatdırılması əməliyyatın uğurla başa çatmasında mühüm rol oynayıb. Hazırda Adem Kulakın vəziyyətinin stabil olduğu və bərpa prosesinin müsbət davam etdiyi bildirilir.

Medianews.az

 

Bizə qoşulun