"Qalatasaray"ın futbolçusu Metehan Baltacının öz komandasının oyunlarına mərc qoyduğu müəyyən edilib.
Medianews.az xəbər verir ki, bu məsələ ilə bağlı Baltacı ilə yanaşı ümumilikdə 26 futbolçu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Eyni araşdırma çərçivəsində "Fənərbaxça"nın kapitanı Mert Hakan Yandaşın da qanuni mərc platformalarına başqa bir şəxs vasitəsilə mərc etdiyi ortaya çıxıb.
İstanbul Respublika Baş Prokurorluğu faktla bağlı rəsmi açıqlama yayıb. Hazırda saxlanılan şəxslərin araşdırma prosesi davam edir və onlar nəzarət altında saxlanılır.
Medianews.az