Medianews.az
Putin Netanyahuya
75 baxış

Putin Netanyahuya zəng etdi

Rusiya Prezidenti Vladimir Putin və İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

Medianews.az xəbər verir ki, bu barədə Kremlin rəsmi Telegram kanalının verdiyi məlumatda deyilir.

Danışıqların mövzusu Yaxın Şərqdəki, xüsusən də İrandakı vəziyyət olub. Söhbət zamanı Rusiya lideri regionda sabitliyin qorunması üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb və Rusiyanın bütün tərəflər arasında dialoqun inkişafı üçün vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bildirib.

Həmçinin tərəflərin müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəldikləri bildirilib

Medianews.az

Bizə qoşulun