Medianews.az
Putin Azərbaycana qarşı daha qatı düşmənçiliyin sifarişini verdi -
202 baxış

Putin Azərbaycana qarşı daha qatı düşmənçiliyin sifarişini verdi - Heydər Əliyevin heykəlləri hədəfə alındı

Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov Azərbaycana qarşı təxribatçı bəyanatlarla çıxış edib.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib ki, Kiril Kabanov Rusiya prezidenti Vladimir Putindən xəbərsiz belə bəyanatlara cürət etməzdi: “Onun çağırışı Azərbaycanla düşmənçiliyi son həddə çatdırmaq cəhdidir. Kabanov Azərbaycanın Rusiyadan birdəfəlik uzaqlaşdığını, ABŞ, Britaniya, Türkiyə və Ukraynanı dost saydığını söyləyərək təkliflər verib. 1. Ukraynada Azərbaycanın neft-qaz nöqtələrinə dəqiq zərbələr artırılsın. 2. Rusiya ərazisində Azərbaycanın diaspor fəallarının bütün biznesləri boğulsun. 3. Ən absurd tələb budur - Rusiya ərazisində Heydər Əliyevin heykəlləri götürülsün.

Sonuncu məsələnin bütün Azərbaycan xalqı üçün həssas mövzu olduğunu nəzərə alsaq, bu yöndə Rusiyanın atacağı addımlar Azərbaycana qarşı qatı düşmənçiliyin bariz nümunəsi olacaq. Azərbaycan dövləti və xalqı bunu siyasi yox, növbəti barbarlıq aktı kimi dəyərləndirəcək.

Putin bunu istəyirsə, Kabanov kimilərə rəvac verməkdə davam etsin...”

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun