Medianews.az
Azərbaycanda rəsmi qurumların neft-qaz xətaları
68 baxış

Azərbaycanda rəsmi qurumların neft-qaz xətaları

Azərbaycanda iqtisadi qurumların neft-qaza dair proqnozlaşdırma göstəricilərində xəta nədənsə çox olur. Oktyabrda parlamentə çıxarılan büdcə zərfində cari il üçün neft və kondensat hasilatı 28,5 milyon ton güman edilirdi. Energetika Nazirliyinin açıqlamasına görə, faktiki hasilat 27,7 min ton olub, yəni fərq 800 min ton təşkil edib.

Gələn il üçün ölkə üzrə neft hasilatı proqnozu isə 27,6 milyon idi. Yəni gələn ilin azalacaq hasilat göstəriciləri reallıqda bu il baş verib.

9 ayın nəticələri əldə olan zaman cəmi 1 rüb üçün reallığa yaxın göstəricilərin proqnozunda görün nə qədər xəta yaranır.

Amma Hesablama Palatasının hesabatındakı hasilatla bağlı xəta səviyyəsi daha yüksəkdir. Niyə? Çünki 12 yanvarda ictimaiyyətə açıqlanan rəydə göstərilir ki, “Azəri-Çıraq-Günəşli”dən ötən il 123 milyon barel neft çıxarılması proqnozlaşdırılır. Amma Energetika Nazirliyinin məlumatına görə, hasilat 120 milyon barel təşkil edib. Maraqlısı odur ki, 120 milyon barel hasilatı Hesablama Palatası 2026-cı ilə proqnozlaşdırmışdı.

Görünən odur ki, hökumət də, onu təftiş edən qurum da EYNİ alqoritm əsasında işləyir.

Amma Hesablama Palatasının istəyi olsaydı, bu rəyə 2025-ci ilin faktiki göstəricilərini daxil edərdi. Çünki hər ötən ay üzrə ölkədəki hasilat göstəricilərinə dair operativ məlumat artıq bu ayın əvvəlində hazır olur.

İlham Şaban,
Neft Araşdırçaları Mərkəzinin rəhbəri

Bizə qoşulun