Medianews.az
Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlanır
58 baxış

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlanır

Musavat.com xəbər verir ki, Yaxın Şərqdə vəziyyət yenidən təhlükəli mərhələyə daxil olub. ABŞ prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları regionu genişmiqyaslı müharibə riski ilə üz-üzə qoyub.

Son günlər İranda baş verən xalq etirazları Tehran molla rejimi tərəfindən amansızlıqla yatırılıb. Müxtəlif mənbələr minlərlə insanın öldürüldüyü barədə məlumatlar yayır. Etirazların güc yolu ilə boğulması, dinc əhaliyə qarşı silahdan istifadə olunması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Qeyd edək ki, bu qanlı hadisələr baş verməmişdən əvvəl ABŞ prezidenti Tramp İran rəhbərliyinə açıq və sərt xəbərdarlıq etmişdi. O bildirmişdi ki, dinc vətəndaşlara, etirazçılara atəş açılacağı təqdirdə İran hərbi zərbələrə məruz qalacaq. İndi isə baş verənlər fonunda Trampın bu xəbərdarlığını real addımlarla davam etdirdiyi görünür.

Məlumata görə, Tramp İranın dialoq çağırışını yarımçıq saxlayaraq bəyan edib ki, “orada 1 nəfər də olsa ölsə”, ABŞ müdaxilə edəcək. ABŞ prezidentinin bu mövqeyi İranda rejimə qarşı çıxan etirazçılara açıq siyasi və mümkün hərbi dəstək mesajı kimi qiymətləndirilir.

Bu açıqlamalardan sonra bölgədə fövqəladə təhlükəsizlik tədbirləri görülüb. Bir sıra qonşu ölkələr hava məkanlarını bağlayıb, təyyarə reysləri dayandırılıb. Qərb dövlətləri isə öz vətəndaşlarını sürətlə İrandan çıxmağa çağırıb, əsas marşrut kimi Türkiyə və Azərbaycan üzərindən təxliyəni tövsiyə edib. 

90d0349c-02e9-48b4-85f5-0ad687d1f975.jpg (57 KB)

Mövzu ilə bağlı STM-in Departament rəhbəri Əziz Əlibəyli vəziyyəti son dərəcə kritik kimi qiymətləndirərək aşağıdakı açıqlamanı verib. Onun fikirlərini olduğu kimi təqdim edirik:

“Bir neçə saat sonra Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq.

Amerika prezidenti Tramp İranın dialoq çağırışını yarıda qoyaraq bildirdi ki, orda 1 nəfər də olsa, ölsə müdaxilə edəcəyəm. Və budur:

Amerika prezidenti etirazçılara dəstəyin yolda olduğunu açıqladı. Bütün qonşu dövlətlər hava məkanlarını və təyyarə reyslərini bağladılar.
Bütün qərb dövlətləri vətəndaşlarına sürətlə Türkiyə və Azərbaycan vasitəsilə ölkədən çıxmağa səslədi.

Bəzi məlumatlara görə rejim tərəfindən öldürülən şəxslərin sayı 12-20 min nəfərə çatıb.

Rejim öldürdükcə adını sionist qoyur və güllələyir”.

Analitiklərin fikrincə, Trampın mövqeyi artıq sadəcə diplomatik təzyiq deyil, konkret hərbi ssenarilərə işarədir. Görünən odur ki, ABŞ prezidenti verdiyi xəbərdarlığın arxasında durur və İranla bağlı məsələlərə məhz bu kontekstdən yenidən baxır.

Hazırda Yaxın Şərqdə vəziyyət saatbasaat dəyişir və region mümkün genişmiqyaslı müharibənin astanasında qiymətləndirilir.

Bizə qoşulun