Medianews.az
Paşinyan Azərbaycandan bu əraziləri TƏLƏB ETDİ -
99 baxış

Paşinyan Azərbaycandan bu əraziləri TƏLƏB ETDİ - Geri almalıyıq...

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesi zamanı Ermənistan Bakının nəzarəti altında olan “suveren ərazilər”ini geri qaytarmalıdır.

Publika.az xəbər verir ki, Paşinyan bu barədə Teleqram kanalında yazıb.

“Delimitasiya nəticəsində biz Artsvaşeni (Başkəndi nəzərdə tutur – red.) və Ermənistan respublikasının digər suveren ərazilərini geri qaytarmalıyıq.

Əgər Ermənistan beynəlxalq səviyyədə tanınan 29 743 kvadrat kilometr ərazisinə arxalanarsa, bu, digər məsələlərlə yanaşı, beynəlxalq tərəfdaşlardan hərbi-texniki əməkdaşlığa, o cümlədən lazım gəldikdə silahların alınmasına dair məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək”, - o əlavə edib.

Onun sözlərinə görə, müxtəlif ölkələr Ermənistanla əməkdaşlığa müharibə deyil, sülh kontekstində baxdıqları üçün artıq bu cür məhdudiyyətləri tədricən aradan qaldırırlar.

Bizə qoşulun