Medianews.az
Gələn il Azərbaycan və Ermənistan... -
143 baxış

Gələn il Azərbaycan və Ermənistan... - MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn il Ermənistanla sülh perspektivinə inandığını bəyan edib.

Medianews.az xəbər verir ki, nazir İTV-yə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması ilə bağlı son iki ili nəzərə almalı olduqlarını deyib.

"2020-2023-cü ildə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz də suverenliyimizin bərpası üçün addım-addım gedirdik və 2023-cü ildə bunu tam olaraq bitirdik. Bu yeni reallıqları başa düşən Ermənistan sülh sazişi üçün həqiqi addımlar atmağa başladı. Ona görə də iki il müddətini götürməliyik".

O hesab edir ki, son iki ildə proqres və son olaraq Vaşinston razılaşmalarının əldə olunması tarixi dövr baxımından çox kiçik müddətdir:

"Belə bir qısa müddətdə qalib dövlətlə məğlub olmuş dövlət arasında normallaşma prosesinin belə sürətlə getməsini çox nadir hallarda görmək olar. 2026-cı ildə heç kəs 100 faizlik zəmanət verməsə də, sülh sazişinin imzalanmasına nikbin baxıram".

O hesab edir ki, Ermənistanda hazırda gedən ictimai diskurs, erməni cəmiyyətində qonşularla normallaşmanın vacibliyi barədə müzakirələr bunu deməyə əsas verir.

Bizə qoşulun