Medianews.az
Xəzər dənizinin sahilində
79 baxış

Xəzər dənizinin sahilində onlarla ölü suiti tapılıb

Xəzəri dənizinin Kulalı adası sahillərində (Qazaxıstan) 71 suiti cəmdəyi aşkarlanıb.

Oxu.Az bu barədə Lada.kz agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Mangistau vilayətinin Ekologiya Departamentinin mütəxəssisləri Balıq Təsərrüfatı Müfəttişliyi İdarəsinin və Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Kulalı adasının sahilində ətraf mühitin monitorinqini apararkən ölü suitilərə rast gəliblər.

Mütəxəssislər laboratoriya araşdırmaları üçün dəniz suyundan nümunələr götürüblər.

Agentliyin məlumatına görə, təhlil nəticələri heyvanların ölümünün mümkün səbəblərini müəyyən etməyə və ərazidəki dəniz ekosisteminin hazırkı vəziyyətini qiymətləndirməyə kömək edəcək.

Bizə qoşulun