Medianews.az
Orada durmayın -
62 baxış

Orada durmayın - Avtobusda ən təhlükəli yer

İmmunoloq Andrey Prodeus avtobusda infeksiyaya yoluxma riskinin ən yüksək olduğu yerin adını çəkib.  

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, avtobusun ortası viruslar üçün ən çox həssas olan yerdir.

Bu səbəbdən o, qapıların yaxınlığında oturmağı məsləhət görüb. Prodeus bunun infeksiyadan qorunmağa kömək edəcəyinə əminlik verib.

Həkim izah edib ki, qapının yaxınlığında daimi ventilyasiya olur, hava daxil olur və çıxır. Beləliklə, virus və ya bakteriya konsentrasiyası minimaldır.

İmmunoloq əlavə edib ki, ictimai nəqliyyatdan istifadə etdikdən sonra insanlar əllərini yaxşıca yumalı və burunlarını yaxalamalıdırlar.

Medianews.az

Bizə qoşulun