Pakistanda yeni evlənənlər toylarından bir gün sonra qaz partlayışı nəticəsində ölüblər.
Medianews.az xəbər verir ki, hadisə Pakistanın İslamabad şəhərində baş verib.
Toy qonaqlarının toplaşdığı binada qaz balonu partlayıb. Nəticədə bina uçub. Yeni evlənənləri və altı qonağın həyatını xilas etmək mümkün olmayıb. Daha yeddi nəfər yaralanıb.
Partlayış yaxınlıqdakı binalara da ziyan vurub. Pakistanın baş naziri qurbanların ailələrinə başsağlığı verib və müvafiq orqanlara hadisəni araşdırmağı tapşırıb.
Medianews.az