“Yeddi saatdan az yatmaq ömrü qısaldır”.
Medianews.az xəbər verir ki, bunu yuxu psixoloqu Endryu MakHill deyib.
O bildirib ki, gecə yeddi saatdan az yatmaq ömrü pis qidalanma, oturaq həyat tərzi, tənhalıq və insanın sosial-iqtisadi vəziyyətindən daha çox qısaldır.
MakHill və həmkarları yuxu ilə uzunömürlülük arasında əlaqəni nümayiş etdirən bir araşdırma aparıblar. "Biz həmişə yuxunun vacib olduğuna inanmışıq, amma indi bunu təsdiqləmişik. İnsanlar, mümkün olduqda, yeddi-doqquz saat yatmağa çalışmalıdırlar", - deyə mütəxəssis bildirib.
Psixoloq yuxunu qidalanma və aktiv həyat tərzindən heç də az vacib adlandırmayıb. O qeyd edib ki, insanlar tətil zamanı itirilmiş istirahəti kompensasiya etmək ümidi ilə uzun müddət az yatırlar, lakin bu cür davranışın əslində ömrü bir neçə il qısalda biləcəyindən xəbərsizdirlər.
Medianews.az