Medianews.az
Nigar Nəsirova dünya
141 baxış

Nigar Nəsirova dünya ikincisi oldu

İdmançımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF Dünya Çempionatında uğurlu çıxış edərək ölkəmizə gümüş medal qazandırıb!

“Qafqazinfo” xəbər verir ki, Nigar 50 metr məsafəyə tapançadan atəş yarışında 550 xal toplayaraq gümüş medal qazanıb və yeni dünya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların (x) sayına görə müəyyənləşib — Yao Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

Bizə qoşulun