Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, fotolar Türkiyə Prezident Administrasiyasının sosial şəbəkə hesablarında yerləşdirilib.
“Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk”, - deyə paylaşımda Ərdoğanın bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.




