Medianews.az
Bakının bu ərazilərində evlər kəskin
94 baxış

Bakının bu ərazilərində evlər kəskin BAHALAŞDI

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb. Bu tendensiya Xırdalanda, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

Əmlak məsələləri üzrə ekspert Nahid Hacıyev mərkəzdən kənarda inşa olunmuş mənzillərin və evlərin ucuzlaşmasının müxtəlif səbəblərlə bağlı olduğunu bildirib.

Medianews.az xəbər verir ki, Metbuat.az-a danışan mütəxəssis qiymətlərlə bağlı mövcud tendensiyanı nəqliyyat problemi ilə əlaqələndirib. Onun sözlərinə görə, insanlar dəhşətli tıxaclar üzündən Bakıətrafı qəsəbələrdə yaşamaq istəmirlər:

"Sabunçu rayonundakı "sosial binalar" adlanan yaşayış massivində, Abşeronda, "Ümid" qəsəbəsində yüzlərlə mənzil satışa çıxarılıb. Dördotaqlı, tam təmirli mənzillərin 1 kv. metri alıcılara 800 manata təklif olunur. Amma heç kim həmin mənzilləri almağa həvəs göstərmir. Çünki nəqliyyat sistemi bərbaddır. İnsanlar mənzil başına tez çatmaq üçün bir manat 50 qəpiklik taksilərdən, sonra isə metrodan istifadə etməyə məcbur olurlar. Dörd nəfərlik ailənin gündəlik yolpulu 16-17 manat edir”.

Ekspert deyib ki, elan saytlarına nəzər salmaqla vəziyyətlə bağlı real təsəvvürə malik olmaq mümkündür: "Masazırda ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur. Bu pulla həmin evin tikildiyi torpagı, daşı, qumu almaq mümkün deyil. Amma yenə aylarla müştəri tapılmır. Bakıətrafı bəzi qəsəbələrdə yaşayan insanlar tıxac üzündən evlərini dəyər-dəyməzinə satıb mərkəzə daşınırlar".

N.Hacıyev bu tendensiyanın uzun müddət davam etməyəcəyini bildirib. Onun sözlərinə görə, Bakının qəsəbə və kəndlərində tikinti üçün yararlı olan torpaq sahələri tükəndiyindən yaxın aylarda daşınmaz əmlakın qiymətində artım qaçılmaz olacaq.

Bizə qoşulun