Medianews.az
Bu gün daha iki qarşılaşma olacaq
140 baxış

Bu gün daha iki qarşılaşma olacaq

Azərbaycan Premyer Liqasının XI turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

"Zəfər turu"nun ikinci oyun günündə əvvəlcə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edəcək.

Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:44-də start götürəcək. Naxçıvan təmsilçisi 16 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 11-ci yerdə olan "Karvan-Yevlax"ın isə 5 xalı var.

Günün son matçı "Zirə" və "Turan Tovuz" arasında baş tutacaq. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda saat 18:44-də başlayacaq. "Zirə" 19 xalla turnir cədvəlində dördüncüdür. Lider mövqeyində olan Tovuz təmsilçisinin isə 21 xalı var.

Azərbaycan Premyer Liqası

1-ci dövrə, XI tur

8 noyabr (şənbə)

15:44. "Araz-Naxçıvan" - "Karvan-Yevlax"

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.

VAR: Əli Əliyev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:44. "Zirə" - "Turan Tovuz"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0) üstələyib.

Bizə qoşulun