Əfqanıstan və Pakistan arasındakı danışıqlar dayandırılıb, lakin atəşkəs qüvvədə qalır.
Milli.Az xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, rəsmi İslamabad Əfqanıstandan Pakistanın daxili təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi tələb edib. Mücahid bu tələbin mümkün olmadığını vurğulayıb.
"Əldə edilən atəşkəs indiyə qədər bizim tərəfimizdən pozulmayıb və buna əməl etməyə davam edəcəyik", - deyə o əlavə edib.
Qeyd olunur ki, əvvəlcə Pakistan və Əfqanıstan nümayəndə heyətləri İstanbulda münaqişəni həll etmək üçün danışıqlar aparmışdı. Ötən ay sərhəd bölgələrində baş verən hərbi toqquşmalar hər iki tərəfdən bir çox insanın ölümü və yaralanmasına səbəb olmuşdu.